Bizimlə əlaqə Qalereya Bizimlə əməkdaşlıq Haqqımızda XİDMƏTLƏRİMİZ
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Akademik Zərifə Əliyeva parkında uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilmişdir.

Tədbir Binəqədi rayon İcra Hakimiyyəti və EDUGrata Təhsil Mərkəzi ilə birgə təşkil edilmişdi.

İcra hakimiyyətinin nümayəndəsi İlqar müəllim tədbirin açılış sözünü deyərək, uşaqları təbrik etdi. Bundan sonra may ayında keçirilmiş Bilik Yarışının qalibləri mükafatlandırılıb.

1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin, Çinar Yayımlarının, Ofisait mağazalar şəbəkəsinin, Təhsil Şurasının dəyərli nümayəndələrinin iştirakı tədbiri daha da maraqlı etdi.

Tədbirin sonunda uşaqlar üçün rəsm etüdü təşkil olundu. Uşaqlar OYAL məhsullarından istifadə edərək gözəl rəsm nümunələri çəkərək əyləndilər.

Dəstək üçün Binəqədi rayon İcra Hakimiyyətinə və dəyərli qonaqlarımıza dərin minnətdarlığımızı bildiririk

EDUGrata dəstəkləyir və əməkdaşlıq edir